"İlk supermenin müəmmalı ölümü..."

Supermen obrazını televiziyada canlandıran ilk şəxs Corc Rivz gənc yaşda öldüyü zaman ölüm səbəbi “intihar” olaraq qeyd edilir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yaxınlarının nəzərində məşhur aktyor heç vaxt özünü öldürə biləcək biri olmayıb. Üstəlik, fiziki sübutlar da Rivzin ölümünün pərdə arxasında başqa bir şeyə işarə edir. Bu hadisə 1950-ci illərdən bu günə qədər "Supermen lənətinin" başlanğıc nöqtəsi idi. Rivzin qəfil ölümü ABŞ mətbuatının manşetlərinə çevrildi. Çünki o, heç kim deyildi, o, məşhur aktyor idi. Üstəlik o, Supermen obrazını televiziyada canlandıran ilk insan olub. Yəni ağ şüşədəki Rivz çox güclü idi. Onu ancaq kriptonitlə məğlub etmək, dostlarına inam, düşmənlərinə qorxu aşılamaqla mümkün idi. Real həyatda yaşayan Rivz isə yaşadığı çətinliklərin öhdəsindən gələ bilməyib bir güllə ilə öz həyatına son qoyub. Rivzlə bağlı başlıqlar həmişə bu ironiyaya işarə edirdi: "Televiziyada Supermen özünü silahla öldürdü" Ancaq əsl hekayə o qədər də sadə deyildi. Rivzin öldüyü gecə onunla birlikdə olanların ifadələri boşluqla dolu idi. Fiziki sübutları toplayanlar çox yaxşı iş görməmişdilər və bütün dəlillər bir araya gələndə ortaya çıxan mənzərə ən azı şübhəli idi.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə