Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko media işçiləri arasında ölkədə keçirilən ilk odun qırma çempionatında iştirak edib və... ustad dərsi keçib.
Qeyd edilir ki, çempionatın keçirilməsi ideyası sentyabrda dövlət başçısı və Tennis Federasiyasının keçmiş rəhbəri Sergey Teterinin Lukaşenkonun Drozdıdakı iqamətgahında odun doğradığı videodan sonra yaranıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, yarışlar Minsk vilayətində Vyaça su anbarının sahilində keçirilir. Odun doğramaqda həm kişilər, həm də qadınlar yarışırlar.
Deyilənlərə görə, Lukaşenko balta və balyozdan istifadə edərək böyük bir kündənin necə kəsilməsini göstərib. Daha sonra o kiçik bir kündə balta ilə bacarığını nümayiş etdirib. Bu işdə ona belaruslu xokkeyçilər Dmitri Baskov və Sergey Teterin da kömək ediblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB