Dünyanın ən uzun adamı Türkiyəni təmsil edəcək

Mardində yaşayan və 2 metr 51 santimetr boyu ilə "dünyanın ən uzun adamı" ünvanına sahib olan Sultan Kösen Rumıniya və ABŞ-a getməyə hazırlaşır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Türkiyənin Derik rayonunun Dədə kəndində yaşayan nəhəng insan Sultan Kösen 2009-cu ildə 27,5 sm uzunluğunda əlləri və 36,5 sm ayaqları ilə Ginnesin Rekordlar Kitabına düşüb. 13 ildir rekordu əlində saxlayır. Evdə ailəsi ilə vaxt keçirir, bağçasında çiçəklər yetişdirir. Dəvətlə getdiyi ölkələrdə Mardini və Türkiyəni qürurla təmsil edən Kösen bu ay Rumıniya və ABŞ-a getmək üçün hazırlıqlarını davam etdirir.

Sultan Kösen verdiyi açıqlamada “1+1 düz ölçü” olaraq xarakterizə etdiyi ayaqqabıları ilə dünyada iz buraxmaq istəmədiyini ifadə edən Kösen, “127-yə yaxın ölkədə olmuşam, 500-dən çox xaricə səfər etmişəm. Mən Türkiyəni qürurla təmsil etmişəm. Türkiyə mənim üçün çox önəmli və dəyərlidir. Hər yerə qürurla gedirəm. Ölkəmizi, vilayətimizi, xalqımızı, mədəniyyətimizi dünyaya tanıtmaq üçün əlimdən gələni etməyə çalışıram" deyib.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə