Türkiyənin və Avropanın ən böyük uzunsov subasar meşəsi

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Mərmərə bölgəsində yerləşən, fıstıq və palıd ağaclı, Türkiyənin və Avropanın ən böyük uzunsov lonqoz, yəni subasar (sel düzənliyi) meşəsindən danışırıq.... SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Bu gün hamıya məlumdur ki, piyada gəzmək insan sağlamlığı üçün çox faydalı bir hərəkət növüdür. Yaşıllıqlar arasında gəzməyin isə cana daha artıq yararı var.

XX əsrin 80-ci illərinin əvvəllərində Yaponiyada məşğulluq və şəhər həyatının stresinin öhdəsindən gəlmək üçün bir sınaq başlandı. Bu, insanların meşədə vaxt keçirərək daha sağlam və bununla stresdən də azad olacağı fikrinə əsaslanan, "Meşə hamamı" mənasını verən Şinrin Yoku idi. Araşdırmalar göstərdi ki, heç bir şey etmədən, sadəcə meşədə, yaşıllıqlar içində olmaq stress hormonlarını azaldır, ürək döyüntüsünün sürətini nizama salır.

TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Mərmərə bölgəsində, Trakiyanın Qara dəniz sahilində, Kırklareli rayonunun Dəmirköy qəsəbəsini İqneada sahilində yerləşən, fıstıq və palıd ağaclı, Türkiyənin və Avropanın ən böyük uzunsov lonqoz, yəni subasar (sel düzənliyi) meşəsindən danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, ... oxuyub təqdim edirəm.

Dağlardan əriyən qar və yağış suları dərələrlə dənizə doğru axır. Meşələrin içindən keçən çayların daşıdığı gil, qum və çınqıl suyun dənizə töküldüyü yerlərdə, dəniz kənarındakı göllərdə (Mert, Erikli, Saka, Aypoloz) toplanır və bənd əmələ gətirir. Yaranan təbii bəndə görə axan su dənizə çata bilmir, geriyə doğru daşmağa başlayır və həmin ərazini su ilə doldurur. Göllərdə suların səviyyəsi artdıqca meşələr su altında qalır. Dibi su ilə örtülmüş belə ərazilər “lonqoz”, yəni subasar meşəsi adlanır.

Sonradan suların gücünə dayana bilməyən qum təpələri yıxılır, göldə artan sularla dənizə doğru axmaya başlayır. Dalğalar yüksəlincə qum təpələri təkrar yaranır, göllərdə yenə su toplanır. Bəzən dalğalar o qədər yüksəlir ki, gölləri dənizlə doldura bilir. Bu təbiət döngüsü yağışlara və dalğaların təsirinə görə ildə 6-7 dəfə baş verir. Beləliklə, 100 illər boyu dağlardan süzülən alüviyalar meşələrin içində zəngin bir bitki zənginliyi yaradır. Artıq insan müdaxiləsindən sonra Amazon və Konqo hövzəsi istisna olmaqla, Yer üzündə belə böyük bataqlıq meşələri yoxa çıxıb.

Türkiyənin Kırklareli şəhər mərkəzindən 100, bağlı olduğu Demirköy qəsəbəsindən 26 aralıda yerləşən, 22 km. sahil xəttinə malik olan İqneada lonqoz meşəsi fıstıq və palıd ağaclarından ibarət çox unikal bir yerdir. İqneada Türkiyə və Avropanın ən böyük lonqoz meşəsi hesab olunur.

Avropada ancaq Trakiyanın Qara dəniz sahillərində mövcud olan bir sıra bitki və heyvan növü burada Bern Konvensiyası çərçivəsində qorunur. Çünki yalnız İqneada lonqoz meşəsində nəsli kəsilməkdə olan bu növlər Avropa Qırmızı Kitabına düşüb.

İqneada Lonqoz meşəsi göl, laqun sistemləri, ətrafdakı qamışlıqlar və sahil təpələrindən ibarətdir. Bu unikal ekosistem çox incə bir tarazlığa əsaslanır: su bol və davamlı olmalıdır. Suyun səviyyəsi aşağı düşüncə bu meşə öz qeyri-adi gözəlliyini itirir və təbiətin adi bir parçası olur.

İqneada lonqoz meşəsindəki göllərin ən böyüyü Mert gölüdür. Meşəni piyada kəşf etmək istəyənlərlə yanaşı, göldə avarçəkməyə üstünlük verənlər də var. Çünki kano lonqozun piyada gedilməyən hissələrinə çatmağa imkan verir. Velosiped sürmək, fotosessiya etmək, cığırları keçməklə gələnlər burada həm zəngin flora, həm də möhtəşəm görüntü ziyafətinin şahidi olurlar.

Velosiped turları, foto safari və yol tapmaq fəaliyyətləri bu meşədə edilə biləcək müxtəlif fəaliyyətlər arasındadır. Keçmişlə maraqlananlar Ceneviz qalalarını, Trakya evlərinə bənzəyən qamış evləri, İqneada ətrafındakı höyükləri və kurqanları ziyarət edə bilərlər.

İqneada lonqoz meşəsi insanları hər fəsildə bir dünya yaradır: payızda sarı və narıncıya, qışda bəyaza, yazda gur tumurcuqları və yayda yarpaqları ilə yaşıla boyanır, təbiəti canlı saxlayır. Sudakı ağaclar, nadir bitki örtüyü, nəsli kəsilməkdə olan növlərlə bura tamam başqa bir aləmdir. Quşların köç yolu üzərində yerləşdiyindən İqneadada quşların nizamlı uçuşunun gözəlliyini seyr etmək mümkündür. İqneada Longoz meşəsi təbiətdən, gözəlliklərdən həzz alan hər kəs üçün cənnət məkanıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə