Qara dul qadın yenidən mühakimə olunmasını istəyib...

Edam cəzasına məhkum edilmiş Yaponiyanın qara dul qadını Çisako Kakehi şənbə günü Kyoto Rayon Məhkəməsində işin yenidən araşdırılmasını istəyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Kyodo” xəbər agentliyi yayıb.

Ərizə verilməsinə səbəb qadının ölümündə təqsirləndirilən kişilərdən biri, 75 yaşlı Minoru Hiokinin xəstəlik nəticəsində öldüyü qənaətinə gələn həkimin ifadəsi olub.

Qeyd edək ki, Çisako Kakehi 2017-ci ildə mirasına görə dörd kişini öldürməkdə təqsirli bilinib. Yaponiyada onu “Peşəkar ikinci arvad” detektiv romanındakı personajla müqayisə edirlər, çünki yaşlı dul qadınlar onun qurbanı olublar.

Bildirilir ki, qara dul qadın daha çox siyaniddən (...hidrogen sianidin suda məhlulu olub, rəngsiz, zəhərləyici turşu-A.B.) istifadə edib. O da bildirilir ki, həyat yoldaşlarının ölümündən sonra təxminən bir milyard yen vəsait əldə edib (...təxminən 10 milyon dollar-A.B).

Onu da qeyd edək ki, Çisako Kakehinin hazırda 75 yaşı var. O daha çox adamı öldürməkdə şübhəli bilinirdi, amma hlə ki, səkkiz epizod üzrə ittihamlar irəli sürülüb, lakin məhdudiyyət müddəti və kifayət qədər sübut olmadığı üçün onlardan yalnız dördünün işi üzrə ittiham olunub.

...Bilirsiniz burada maraqlısı nədir? Qadın ərə gedəndən bir müddət sonra...artıq ərə gedib öldürmək üçün yeni qurban axtarması. Məsələn, o sonuncu öldürdüyü əri ilə cəmi bir ay yaşayıb, niyə, yəqin ki, artıq yeni qurban tapıbmış?

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə