Avropada evlərin qızdırılması üçün istifadə olunan odunun qiymətləri kəskin artıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu, elektrik enerjisi və qazın baha olması ilə bağlıdır. İndi əhali arasında fərdi evlərin qızdırılması üçün alternativ üsullara maraq artıb və bu sahədə artıq müəyyən ajiotaj və defisit müşahidə olunur. Adətən odun alqı-satqısı soyuq havalara yaxın başlayır, lakin bu il Rusiya qazının təchizatı ilə bağlı ciddi problemlərin olacağı bəlli olduqda sifarişlər iyun ayında başladı.
Qaz və elektrik enerjisi qiymətlərinin artması fonunda Avropa İttifaqı ölkələrində evlərində qaz isitmə sistemi quraşdırılan ailələr daha çox əziyyət çəkirlər.
Nasosları olan istilik sistemləri üçün lazım olan elektrik enerjisi də bahalaşır. Bir çoxları oduna keçməyə qərar veriblər, lakin burada da qiymətlər artmağa başlayıb. Avropalılar indi böyük həcmdə alış-veriş edirlər. Hazırda həyəcanlı sifarişlərinin ilk əlamətləri artıq nəzərə çarpır. İnsanlar tezliklə odunun çatmayacağına görə həyəcan keçirirlər. Macarıstan hətta ağac qranularının ixracına qadağa qoyub. Hətta hiddət səsləri də eşidilir, çünki bir çox istehlakçılar hesab edirlər ki, hökumət onların etimadını doğrultmayıb. İnternet üzrə qiymətlərin sadə monitorinqi göstərir ki, ötən illə müqayisədə odunun qiymətləri ən azı 3 dəfə artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB