Bu daşlar evinizin enrjisini artıra bilər - BİLMƏNİZDƏ FAYDA VAR

Evində pozitiv əhval-ruhiyyənin hökm sürməsini və gözəl görünməsini kim istəməz ki? Elə isə təbii daşlardan istifadə edin. Məsələn, mərcan, əqiq, kəhrəba..Bu daşlar evinizdə xüsusi abu-hava yarada bilər. SİA xarici mətbuata istinadən bəzi daşlar haqda məlumatı təqdim edir.

Mərcan daşı

Sevginin simvolu olan mərcan daşı ilə düşüncələrinizi pozitiv yöndə dəyişdirə bilərsiniz. Diqqəti artırması və nəzərə qarşı qoruması ilə də bilinən bu daş eyni zamanda bir sıra dəri xəstəlikıərinin də dərmanıdır.

Əqiq

Üzərinizdəki mənfi enerjini atan və evinizin müsbət enerjisini artıran əqiq daşı tənbəllər üçün çox faydalıdır. Bu daş cəsarəti artırır, canlandırır.

Ametist

Baş ağrısı, yorğunluq, narahatlıq kimi problemlərə çarə olan ametist daşı ilə evinizdəki mənfi enerjilərdən qurtula bilərsiniz.

Kvars

Çəhrayı və bənövşəyi rəngləri olan kvars elə rənglərinə uyğun olaraq da müxtəlif özəlliklərə sahibdir. Çəhrayı kvars sülhü, gözəlliyi və sevgini xarakterize edir. Bənovşəyi-mavi kvars isə ürək və boğaz ağrılarında faydalıdır.

Jade daşı

Uğur və bərəkəti təmsil edən jade daşı qədim zamanlardan bəri bəzək əşyası olaraq da istifadə edilib. Bu daş ürək, böyrək ağrıalrı, sinir və immun sistemi problemlərinə kömək edir.

Kəhrəba

Qətranın daşlaşmasından əmələ gələn kəhraba daşı isindiyi zaman elektriklənir və maqnitləşir. Uzun əsrlər boyu bu daşdan müalicəvi məqsədlərlə istifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə