Başına bəla olan lotereya uduşu…

Hindistanın cənubundakı Keraladan olan sürücü Anup lotereyada 250 milyon rupi (117 milyon rus rublu) udub. Maraqlıdır ki, bu sərvət ona o qədər bəla gətirdi ki,..udmağına da peşiman olub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Mirror” yazır.

Anupun qələbəsi Kerala tarixində ən böyük uduş qələbəsi olduğu üçün ailəsi mətbuatın diqqətini çəkdi.

“Qalib gələndə çox sevindim. Evdə çoxlu insan və kameralar var idi və biz xoşbəxt idik”-deyə kişi xatırlayır.

Bir həftə sonra Anup həyatı üçün qorxduğunu etiraf edib.

Çünki, onun bu qədər sərvətə sahib olduğunu öyrənən daim maddi yardıma ehtiyacı olanlar onun evini mühasirəyə alıblar.

Anupun dediyinə görə, indi o evdən çıxa bilmir. Hətta xəstə uşqğını belə həkimə apara bilmir.

…Evin talanmasından qorxur.

Hazırda kişi və ailəsi lazımsız diqqətdən yayınmaq üçün qohumlarının yanına köçüblər. Ştat rəhbərliyi Anupa pulunu idarə etməyə kömək etmək üçün bir günlük maliyyə menecmenti təlimi təşkil etdiyini bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə