Qadın çağırışdan gizlənən ərini polisə verib

Deməli, Moskva vilayətinin sakini keçmiş ərindən qisas almaq qərarına gəlib və... polisə gedərək ərinin səfərbərlikdən yayındığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Diqqət, Moskva” Telegram kanalı yayıb.

Telekanalın məlumatına görə, Mariya T. polis şöbəsinə müraciət edib.O bildirib ki, keçmiş həyat yoldaşı 38 yaşlı Yuri B. qismən səfərbərlikdən gizlənir. Qadın hətta Moskvanın cənub-şərqindəki hərbi komissarlıqda qeydiyyatda olduğunu da bildirib.

Qadının dediyinə görə, səfərbərlik başlayanda başlayanda əri aradan çıxaraq, Moskva yaxınlığındakı Puşkinoda kirayə qaldığı mənzilə gedib və orada hərbi komissarlardan gizlənir.

...Sonradan məlum olub ki, boşandıqdan sonra keçmiş həyat yoldaşları arasında qızlarını böyütməkdə yaranan fikir ayrılıqları ucbatından münaqişə yaçanır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə