İdman xəstəlik və ölüm riskini nə qədər azaldır?

Araşdırmanın nəticələri “British Journal of Sports Medicine” jurnalında dərc olunub

Məlum olub ki, çəki məşqləri və idmanla məşğul olmaq xəstəliklərin qarşısını alır və vaxtından əvvəl ölüm riskini 41-47 faiz azaldır.

SİA xəbər verir ki, CNN-də yazılana görə, alimlər idman fəaliyyətlərinin, o cümlədən çəki məşqlərinin xəstəliklərin qarşısının alınması və insan həyatına təsirini araşdırıblar.

Ağırlıqsız məşqlərin daha az ölüm riski ilə əlaqəli olduğu bilindiyi halda, çəkilərlə idman etmənin təsiri maraq doğurub. Bu çərçivədə Amerika Birləşmiş Ştatları Milli Xərçəng İnstitutunun alimləri tərəfindən 1998-2016-cı illərdə orta yaşları 71 olan təxminən 100 min idmanla məşğul olan adam araşdırılıb.

Araşdırmada həftədə 1-2 dəfə ağırlıq məşqləri ilə idman edənlərdə ölüm riskinin 41-47 faiz daha az olduğu müəyyən edilib.

Aerobik məşqlər ölüm riskini 34, həftədə 1-2 dəfə ağırlıq qaldıranlarda isə vaxtından əvvəl ölüm riski 22 faiz az müşahidə olunub.

Həftədə ən az 2 dəfə edilən əzələ gücləndirici məşqlərin yıxılma ilə bağlı yaralanmaların qarşısını almaqla yanaşı, sümük sağlamlığını qorumağa da yararlı olduğu qeyd edilib.

Bundan əlavə, idmanla məşğul olan insanların piylənmə və ürək-damar xəstəlikləri, qlükoza dözümsüzlüyü və bəzi xərçəng növlərinə tutulma riskinin aşağı olduğu görünüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 65 və daha yuxarı yaşda olan insanlara həftədə ən azı 150-300 dəqiqə orta intensivlikdə və ya 75-150 dəqiqə daha güclü idmanla məşğul olmağı, məsələn, gəzmək, üzmək, rəqs etmək, qaçmaq və ya velosiped sürməyi tövsiyə edir.

Araşdırmanın nəticələri “British Journal of Sports Medicine” jurnalında dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə