Tez-tez şokolad yeməyin müsbət və mənfi tərəfləri NƏDİR? - DİQQƏT!

İmtina edə bilmədiyimiz qidalardan biri olan şokoladın insan orqanizminə həm faydaları, həm də zərərləri var. Şokolad E və B vitaminləri, dəmir, maqnezium, kalsium ilə olduqca zəngindir. SİA xəbər verir ki, mütəxəssislər hər gün az miqdarda acı şokolad yeməyin qan laxtalanması və qəfil infarkt riskini azaltdığını bildirirlər. Xüsusilə qadınların psixologiyasına müsbət təsir göstərən şokolad beyin qanaması riskini azaldır, stressi azaldaraq insana xoşbəxtlik bəxş edir (endorfin hormonunu yüksəltmək yolu ilə), qandakı şəkər miqdarını tarazlaşdırır.

Şokolad yemək şəkərli diabet və ürək xəstəliyindən əziyyət çəkən insanlar üçün zərərlidir. Həddindən artıq qəbul edilən zaman dişlərin çürüməsinə, artıq çəkiyə, üzdə sızanaqların meydana gəlməsinə səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə