Hindistandan olan Səlim Xan adlı bir kişi, bir gün əvvəl onu dişləyən ilandan orijinal şəkildə qisas alıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Kalinga TV” yayımlayıb.

Belə ki, çəltik tarlasında işləyən Səlimi ilan sancsa da, amma o sağ(?) qalıb. Və qəribə də səslənsə, onu calan ilandan...qisas almaq qərarına gəlib.

“Kalinga TV”-nin məlumatına görə, axtarıb ilanı tutan hindistanlı...onun kürəyini dişləyərək öldürüb və sonra ilanı muncuq kimi boynuna dolayaraq aldığı qisasın nəticəsini öz kəndlilərinə nümayiş etdirib.

Maraqlıdır ki, hindistanlını vuran ilanın zəhərli olduğu deyilsə də, amma o həkimə müraciət etməyib.

...Deyirəm indi nə ilan zəhərinin, nə də vəhşi heyvan hücumunun heç bir kəsəri-zadı qalmayıb. Niyə deyirəm?

Çünki bundan əvvəl pumanın hücumuna məruz qalan amerikalının da sonradan sağ qaldığı bildirilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə