Avropa İttifaqı ölkələrində gənclər orta hesabla 26,5 yaşında ailələrini tərk edərək ayrı evə köçürlər.
Avropa Statistika İdarəsi (Eurostat) 2021-ci il üçün Aİ ölkələrində gənclərin öz evlərində yaşamağa başladıqları orta yaş haqqında hesabat yayıb. SİA-nın bəzi xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Avropa gəncləri orta hesabla 26,5 yaşından sonra valideynlərini tərk edirlər.
Maraqlıdır ki, qızlar, adətən, oğlanlardan daha tez evdən köçürlər.
Avropada qızlar orta hesabla 25,5, oğlanlar isə 27,4 yaşında ailələrindən ayrı yaşamağa başlayır.
Avropa İttifaqı ölkələri arasında İsveçdə gənclər evlərini ən erkən yaşda – 19 yaşında tərk edir. Ondan sonra 21,2 yaşda Finlandiya, 21,3 yaşda Danimarka, 22,7 yaşda Estoniya, 23,3 yaşda Hollandiya, 23,6 yaşda Almaniya və Fransa gəncləri gəlir.
Ata-ana ocağını nisbətən gec tərk edənlər də var. Portuqaliyada 33,6, Xorvatiyada 33,3, Slovakiyada 30,9, Yunanıstanda 30,7, Bolqarıstanda 30,3, İtaliyada 29,9, Malta və İspaniyada isə 29,8 yaşa qədər gənclər doğulduqları evdə qalmağa üstünlük verirlər.
“Eurostat 2020” məlumatlarına görə, Türkiyədə gənclər 27,8 yaşında ayrı evə çıxırlar: oğlanlar 29,8, qızlar 25,8 yaşında.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB