“James Webb” karbon qazı aşkar etdi

Astronomiya üzrə dosent Eliza Kempton sözügedən mövzu ilə bağlı deyib...

“James Webb” kosmik teleskopu (JWST) ekzoplanetin atmosferində karbon qazı aşkar edib.

“WASP-39b” adlandırılan bu planet Saturnun kütləsi ilə isti qaz nəhəngidir və 700 işıq ili uzaqlıqdakı Günəşə bənzəyən ulduza çox yaxın orbitdə fırlanır. SİA-nın əldə etdiyi məlumata görə, planet 2011-ci ildə bir ulduzun qarşısından keçərkən yerüstü teleskoplardan istifadə edilərək kəşf edilib.

“Hubble” və “Spitzer” kosmik teleskopları tərəfindən ekzoplanetin sonrakı müşahidələrində “WASP-39b”nin atmosferində kifayət qədər su buxarı, həmçinin natrium və kaliumun aşkar olunub.

Hal-hazırda isə “JWST”in unikal infraqırmızı həssaslığı bu planetdə də karbon qazının olduğunu təsdiqləyib.

Astronomiya üzrə dosent Eliza Kempton sözügedən mövzu ilə bağlı deyib: "Bu kəşf bizə göstərir ki, “James Webb” kosmik teleskopu astronomik müşahidələr üçün transformasiya obyekti olmaq vədini yerinə yetirib."

Alimlər hesab edirlər ki, başqa bir planetin atmosferində karbon qazının tapılması Yerdən kənar həyatın kimyəvi biotraserlərinin tapılması istiqamətində mühüm addımdır.

Qeyd edək ki, Amerika Milli Aeronavtika və Kosmos Agentliyi olan NASA-nın rəhbərliyi altında Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyinin (CSA) dəstəyi ilə infraqırmızı astronomiya üçün inkişaf etdirilən “JWST” 25 dekabr 2021-ci ildə buraxılmış, köhnəlmiş “Hubble” kosmik teleskopunu əvəz edir.

Bütün xəbərlər Facebook səhifəmizdə