Ölümdən sonra həyat varmı? Bu, insanların əksəriyyətini uzun zamandır narahat edən sualdır. Çatalhöyükdəki 9000 illik məzarlar bu sualın cavablarından biridir.
TRT “Türkiyənin səsi” radiosundan “Anadolunun ilkləri” başlığı altında bu gün sizə Türkiyənin Mersin rayonunun Silifke qəsəbəsində yerləşən, görənləri həm heyran edən, həm qorxudan, Anadolu torpaqlarındakı Cənnət və Cəhənnəmdən, daha doğrusu mağaralarından və Mersinin Ərdəmli qəsəbəsindəki Qız qalası ilə məşhur Korikos (Korykos) antik şəhərindən danışırıq. Mətni Neslihan Değirmencioğlu hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir.
Mərhum köçdüyü yeni dünyasında qəriblik hiss etməsin deyə gündəlik əşyaları yanında məzara qoyulub Çatalhöyükdə. Anadolu coğrafiyasında bir çox nümunəsini gördüyümüz qaya məzarları və öz əşyaları ilə birlikdə dəfn edilənlərin türbələri əslində ölümdən sonra həyatın olduğuna inancın əksidir.
Antik dövrün məşhur filosofu Platon özündən sonrakı mütəfəkkir və alimlərə, hətta səmavi dinlərə təsir edəcək ruhun ölməzliyi nəzəriyyəsini irəli sürüb, “ruh bədəndən əvvəl var idi və sonra da mövcud olacaqdır” deyə. Təkallahlı dinlərin də qəbul etdiyi ruhun ölməzliyi fikri cənnət və cəhənnəm anlayışlarını yaradıb. Yer üzündə yaxşı, namuslu və imanlı insan olaraq yaşayanların cənnətə, əksi olanların isə cəhənnəmə gedəcəyinə inanılır. Ümumiyyətlə, bütün din və inanclarda ölümdən sonra həyat və buna uyğun da mükafat və cəza mexanizmi var. Bir çox mədəniyyətlərdə ölüm hətta yeni başlanğıc hesab edilir. Ona görə də qədim türklərdə xaqan, Misirdə isə firon qiymətli əşyaları ilə birlikdə dəfn olunub.
“İlahi komediya” dünya ədəbiyyatı tarixində ən mühüm klassik əsərlərdən biri hesab olunur. Bəzi tənqidçilər onu elmi-fantastik trilogiya adlandırsalar da, bu əsər ölümdən sonrakı həyatı vizuallaşdırmağa kömək edir. İtaliya şairi və siyasətçisi Dante “İlahi komediya”da cənnəti və cəhənnəmi göstərib. Dante cəhənnəmi bir-birinə bağlı olan doqquz dairədən ibarət bir çuxur kimi təsvir edib. Hər çevrədə fərqli günah işlədənlər cəzalandırılır, aşağı düşdükcə cəza daha da ağırlaşır. Dante verilən cəzaları, əzabları çox təsirli şəkildə qələmə alıb. Cənnət isə bir-birinə bağlı olan doqquz səma səviyyəsindən ibarətdir və işıqlıdır. Allaha yaxınlaşdıqca işıq artır. Cənnətin hər mərtəbəsində dinc ruhlar var. Hər şey harmoniya təşkil edir Dantenin yazdıqlarında.
Cənnət həm xristianlıqda, həm də İslamda bir əlaqə, bir bağ kimi müəyyən edilib. Cənnət yaşıllıqlar arasında, çayların axdığı geniş və dinc yerdir. Cəhənnəm isə qaranlıq, pis məxluqlar və sönməz odlar yeri kimi təyin olunub. Mədəniyyətdən mədəniyyətə, inancdan inanca Cənnət və Cəhənnəmin təsvirləri fərqlidir.
Qara və dibsiz bir çuxura bənzəyən Cənnət və Cəhənnəm mağaraları Mersinin Silifke səmtində yamyaşıl bir vadidə yerləşir. Cənnət mağarasının ağzı az qala 5 futbol meydançası boyda, Cəhənnəmkinin isə eni təxminən bir yarım futbol sahəsi qədərdir. Bu mağaralar milyonlarla il əvvəl meydana gələn çuxurlardır. Yeraltı suların oyması nəticəsində mağaraların tavanları uçub və nəticədə təbii formasiyalar əmələ gəlib.
Cənnət mağarası yerə 450 pillə qədər enən, quş səsləri və axar suyun şırıltısı eşidilən geniş və yaşıl bir çuxurdur. Müasir dövrdə mağarada əlillər və qocalar nəzərə alınaraq lift qoyulub.
Mağaranın döşəməyə yaxın hissəsində bir kilsə var. Xristianlığın qadağan olunduğu dövrlərdə möminlər gizlicə Cənnət mağarasına gəlib, ibadət ediblər. Daha sonra burada Bakirə Məryəm kilsəsi tikilib. Burada antik dövrlərə aid Zevs məbədinin xarabalıqları üzərində tikilən kilsə də var.
Cəhənnəm mağarasına gəlincə, bura alpinizm avadanlığı olmadan enməsi mümkün olmayan qaranlıq və dibsiz qorxunc bir çuxurdur. Aşağı düşə bilməsəniz belə, şüşəli müşahidə terrası ilə Cəhənnəm çuxurunun içini görə bilərsiniz. Təbii ki, sizdə hündürlük qorxusu yoxdursa.
Cəhənnəm mağarasının bir tərəfində dayanıb o biri tərəfinə daş atanların cənnətə gedəcəyi inancı geniş yayılıb. Ona görə cənnətə getmək ümidi ilə burada daş atanların da sayı az deyil.
Yerin metrlər altındakı bu çuxurlar bəlkə də insanların təsvir etdikləri ölümdən sonrakı həyat - cənnət və cəhənnəmin doğrudan da əksidir?
Cənnət və Cəhənnəm mağaralarına ev sahibliyi edən Mersinin indi də Ərdəmli (Erdemli) səmtindəki Korikos (Korykos) antik şəhərindən bəhs edək.
İnsanların yüz illərdir məskunlaşdığı yerlərdən biri olan Korikos Hetlərdən başlayaraq hər dövrdə Aralıq dənizinin mühüm liman şəhərlərindən biri olub. Bölgədə başqa nümunəsi olmayan quru və dəniz qalasından ibarət ikili müdafiə sistemi ilə təhlükəsiz şəhərdir. Kiçik bir adada tikilmiş Qız qalası Korikosun ən məşhur tikilisidir. Qüllələri və divarları ilə qumlu qalaya bənzəyir. Dənizin ortasında, sahildən çox da uzaq olmayan bu qalaya müxtəlif dəniz nəqliyyat vasitələri ilə, hətta üzməklə çatmaq mümkündür.
Kilsəsi, sarkofaqı, sarnıçları və su kəməri ilə qədim Kilikiyanın ən yaxşı qorunan şəhərlərindən biri olan Korikos UNESCO-nun Dünya Müvəqqəti İrsi Siyahısında yer alır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Putin və Lavrovun bunkerlərinə gəzinti... .
Dünya 19:05“Mən döş xərçəngini məğlub etmədim...”
Dünya 18:49Şəmkirdə istixanada yanğın olub
Hadisə 18:37Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq
Sosial 18:12Vittkoff-Kuşner missiyası niyə uğursuz oldu..?
Dünya 18:063-cü Bakı Dayanıqlı Biznes Assambleyası keçirilib
Siyasət 16:43Mesajların hökmranlığı ŞƏRH
Siyasət 16:43Tərəqqi və Zəfər yolunda -FOTOLAR
Siyasət 16:42Yeni, müasir və müstəqil Azərbaycan reallığı
Siyasət 16:26Xalqımız tarixi zəfərlərin qürurunu yaşayır
Siyasət 16:21Paşinyan Sülh Sazişindən niyə QAÇIR?
Siyasət 16:17“Reytinq bu günün rəqəmidir, elm isə sabahın taleyidir” -KÖŞƏ
Köşə yazıları 15:29Ermənistan AİB-dən nə istəyir? - ANALİZ
Siyasət 14:22İsrailin HƏMAS-la gizli əlaqələri
Dünya 13:19AIDA və TİKA Anlaşma Memorandumu imzalayıb
Siyasət 11:47Filippində bərədə yanğın: 5 ölü, onlarla insan itkin düşüb
İqtisadiyyat 11:46“Qarabağ Zəfəri və Türk dünyasının birliyi”
Sosial 11:39MAQATE Suriya ilə bağlı qərarını AÇIQLADI
Dünya 04:06Estoniyada yeni müdafiə naziri açıqlandı
Dünya 02:02Ərdoğan və Tom Barrak arasında kritik GÖRÜŞ
Dünya 01:20Gələn il üçün Azərbaycanda neft hasilatı proqnozu açıqlandı
İqtisadiyyat 00:23Sahil Babayev Dünya Bankının regional direktoru ilə görüşüb
İqtisadiyyat 9 Sentyabr 23:31"Fənərbağça" bu futbolçunu icarəyə verdi
İdman 9 Sentyabr 23:19Bakıda Hərbi Kollecin kursantı vəfat edib
Sosial 9 Sentyabr 23:03"Əla komandadır" - "Mançester Yunayted"in baş məşqçisi "Sabah"dan danışdı
İdman 9 Sentyabr 22:31Baş nazirdən gömrükdən keçirilən avtomobillərlə bağlı yeni QƏRAR
İqtisadiyyat 9 Sentyabr 22:19"Təyyarə qəzası məsələsinin nizamlanması Bakı və Moskvanın..." - Səfirdən AÇIQLAMA
Siyasət 9 Sentyabr 22:02Ruslar xaricə daha az uçmağa başlayıblar və...
Turizm 9 Sentyabr 21:51Mercedes üzən SUV yaradır...
Texnologiya 9 Sentyabr 21:28Geyimlər: Billi Eilish “Anna October”, Dayan Parri “Dukachi” filmində…
Dəb 9 Sentyabr 21:06Ekspertlər: Müasir süni intellektlər cazibədar ola bilər...
Texnologiya 9 Sentyabr 20:49Hindistan kömür hasilatını artırmağa başlayıb...
İqtisadiyyat 9 Sentyabr 20:28YAP siyasi sistemin aparıcı qüvvəsidir
Siyasət 9 Sentyabr 20:26“Baku Steel Company” QSC açıq tender elan edir
Sosial 9 Sentyabr 20:16Qırğızıstan ruslar üçün giriş qaydalarını sərtləşdirir...
Dünya 9 Sentyabr 20:07“Qələbə yaxındır”..?
Dünya 9 Sentyabr 19:49Azərbaycana idxal edilən şərab üçün gömrük rüsumu dəyişib
İqtisadiyyat 9 Sentyabr 19:38Meğri meri də daxil olmaqla 8 nəfər rüşvət ittihamı ilə saxlanılıb
Dünya 9 Sentyabr 19:34Kremlın etirafı...
Dünya 9 Sentyabr 19:27Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib
Siyasət 9 Sentyabr 19:12“Putin Üçüncü Reyxin etdiyi səhvi edir...”
Dünya 9 Sentyabr 19:06“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
Siyasət 9 Sentyabr 18:56Almaniyanın “AfD” partiyası Putin Rusiyasını niyə “dost” hesab edir?
Dünya 9 Sentyabr 18:51Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
Dünya 9 Sentyabr 18:42Sahibə Qafarova Xəlilur Rəhmanla görüşüb.
Siyasət 9 Sentyabr 18:39İki fərqli şəkil...
İqtisadiyyat 9 Sentyabr 18:34Amerika nəşri Rusiyanın dörd və ya beş ştata bölünməsini təklif edir...
Dünya 9 Sentyabr 18:17Rusiyada əmək haqqı düşməyə başlayıb...
Sosial 9 Sentyabr 18:05“Atəşgah” tibbi sığorta imkanlarını genişləndirib
İqtisadiyyat 9 Sentyabr 17:58Qətl törədən şəxsə hökm oxunub
Sosial 9 Sentyabr 17:43Hər bir nailiyyət gələcəyə sərmayədir
Siyasət 9 Sentyabr 17:43Yeni Azərbaycan Zəfər zirvəsindədir!
Siyasət 9 Sentyabr 17:36Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
Siyasət 9 Sentyabr 17:29Yağışda avtomobil nömrəsini itirənlər nə etməlidir?
Siyasət 9 Sentyabr 17:05Azərbaycanın qarşısında yeni perspektivlər açılıb
Siyasət 9 Sentyabr 16:30İnkişafın Azərbaycan nümunəsi inkaredilməz reallıqdır
Siyasət 9 Sentyabr 16:25Ulu Öndər Heydər Əliyevin əbədiyaşar ideyaları milli sərvətimizdir
Siyasət 9 Sentyabr 16:15Qalib və qüdrətli Azərbaycan reallığı
Siyasət 9 Sentyabr 16:07Çoxəsrlik dövlətçilik tariximizin yeni şanlı səhifələri yazılır
Siyasət 9 Sentyabr 16:01Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub
Siyasət 9 Sentyabr 15:46Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9763
+0,12%
-
GBP
2,3017
+0,20%
-
RUB
1,9710
-0,09%



