Günəş Yerdəki həyatı məhv edəcək...

Astronomlar eyni kütlə və tərkibə malik ulduzlardan Günəşin gələcəyini proqnozlaşdırıblar və onun tədricən Yeri yaşayış üçün yararsız hala gətirəcəyi qənaətinə gəliblər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Progorod76” portalı yazıb.

Alimlərin ehtimalına görə, hazırda Günəşin 4,57 milyard yaşı var və bu bir ulduz üçün bu, “rahat orta yaşdır”.

Bununla belə, Günəşin parlaqlığı hər milyard ildə təxminən 10 faiz artır ki, bu da xüsusilə Yerdəki orta temperaturun artmasına təsir göstərir.

Mütəxəssislərin fikrincə, bu səbəbdən gec-tez planetdəki bütün canlılar öləcək.

Astronomların proqnozlarına görə, Günəş nüvəsində hidrogen yanacağı tükənəcək və termonüvə sintezi prosesində dəyişikliklər başlayacaq, Günəş qırmızı nəhəng ulduza çevriləcək və sonda öləcək.

Təbii ki, bu bəlkə də bir ehtimaldır. Amma bununla bağlı bağqa versiyalar da söylənilər.

Məsələn, bir müddət bundan əvvəl oxuduğum baqa versiyada

gələcəkdə, təxminən yeddi milyard ildən sonra Günəşin daha da qızaraq qırmızı nəhəngə çevriləcəyi və böyük ehtimalla Yeri udacağı barədə yazmışdılar.

Bundan əlavə, həmən dövrə qədər Yerin canlı orqanizmlər üçün yararsız hala gələcəyi barədə də xəbərlər yayılmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə