100 yaşlı qadın 100-cü nəvəsini qucağına aldı

99 yaşlı Peq Kollerin 11 övladı, 56 nəvəsi və 100 nəticəsi var

ABŞ-ın Pensilvaniya (Pennsylvania) ştatında yaşayan 99 yaşlı qadın 100-cü nəvəsini qucağına alıb.

Kristin Stouks Balster (Christine Stokes Balster) və həyat yoldaşı Patrik (Patrick) Balster 4 avqustda dünyaya gələn uşaqları Koller Uilyamı (William) ulu nənəsi Marqarita (Marguerite) “Peg” Koller ilə tanış etdiklərini və yaşlı qadının bu hər kəsə qismət olmayan bu nəsibdən çox xoşbəxt olduğunu söyləyib.

SİA-nın bəzi qaynaqlardan əldə etdiyi məlumata görə, 99 yaşlı Peq Kollerin 11 övladı, 56 nəvəsi və 100 nəticəsi var.

Ailəsi deyir ki, noyabrda 100 yaşı olacaq Peq Kollerin uzunömürlülüyünün sirri gündə 2 dəfə idman etməsi və ailəsindən aldığı sevgi və dəstəkdir. Və Peq yaşının neçə olmasından asılı olmayaraq, heç zaman dəvət olunduğu qonaqlıqları, toyları əldən buraxmır.

Bütün xəbərlər Facebook səhifəmizdə