Dünyanın yeddi möcüzəsindən biri olan...

...Artemida məbədinin Türkiyənin antik Efes şəhərində yerləşdiyini bilirsinizmi? SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Dünyanın yeddi möcüzəsindən biri olan Artemida məbədinin Türkiyənin antik Efes Şəhərində yerləşdiyini bilirsinizmi?
İzmir vilayətinin Səlcuq qəsəbəsi sərhədləri daxilində yerləşən Efes dünyanın məlum olan ilk yaşayış məntəqələrindən biridir. 8000-ci illərə qədər uzanan qədim Efes şəhəri mühüm ticarət yolları üzərində yerləşməsi ilə tarix boyu bir çox fərqli sivilizasiyaya ev sahibliyi etmişdir. Ellinistik Dövr, Roma İmperiyası, Bizans İmperiyası, Osmanlı İmperiyası kimi fərqli sivilizasiyalara şahidlik etmiş şəhər əsrlər boyu fasiləsiz məskunlaşma, siyasi və ticarət mərkəzi xüsusiyyətini qoruyub saxlamışdır.
Dünyanın yeddi möcüzəsindən biri olan və möhtəşəm quruluşu ilə tarixin ən böyük məbədlərindən biri olan Artemida məbədi antik Efes Antik şəhərinin simvollarından biridir. Eramızdan əvvəl 550-ci ildə tamamlanan məbəd eramızdan əvvəl 400-cü ildə baş verən yanğında ciddi ziyan görüb. Hazırda məbəddən yalnız mərmər sütunlar qalıb.
İldə orta hesabla 1,5 milyon insanın ziyarət etdiyi Efesdə arxeoloji qazıntıların tarixi 125 il əvvələ gedib çıxır. Hələ tam üzə çıxarılmayan və Anadolu arxeologiyasına yeni məlumatlar qazandırmağa davam edən antik Efes şəhəri 2015-ci ildən YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısında yer alır.

Bütün xəbərlər Facebook səhifəmizdə