Almaniyada yeni cərimə tətbiqinə başlandı

Kommunal xidmətlər xəbərdarlıq edir ki...

Bu həftədən etibarən Almaniyada yeni cərimə tətbiq edilir. Əgər mərhəmətli sakinlərdən biri özünün evindəki köhnə, lakin hələ normal vəziyyətdə olan əşyalardan yaxa qurtarmaq istəyərək onları zibil konteynerinə atmaq əvəzinə sadəcə bir qutuya yığıb səkidə qoyaraq başqalarına verməyi qərara alarsa, o, böyük məbləğdə cərimə olunmağa risk edir. Küçədə paylanmaq üçün yığdığınız əşyaları evin qarşısında uzun müddət qoyub getmək sizə cərimə bahasına başa gələ bilər.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, indi belə qutuların küçələrdə qoyulması qadağan edilib, çünki yeni qanuna görə onlar texniki baxımdan zibil hesab ediləcək. Zibilin ictimai yerdə qoyulması isə cəriməyə səbəb olur.

Artıq kitabları, qabları, köhnə radioqəbulediciləri və ya lampaları hətta üzərində “Paylamaq üçün” sözləri yazılmış qutuda küçədə qoymaq qadağandır. İctimai qaaydaların qorunması üzrə bələdiyyə xidmətləri həmin qutuları zibil hesab edə bilər, lakin belə qutuları özünüzün həyətyanı sahənizdə və ya pəncərə qabağında qoymağa icazə verilir.

Zibilin ictimai yerə atılması inzibati xətadır. Kommunal xidmətlər xəbərdarlıq edir ki, bu xəta bəzən çox baha başa gələ bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə