Dünyanın ən uzun çimərliklərindən biri... Türkiyədədir?

Türkiyənin cənubunda, Hatay vilayətinin sərhədləri daxilində yerləşən Samandağ sahili 14 km uzunluğu ilə dünyanın ən uzun çimərlikləri sırasındadır.

Türkiyənin cənubunda, Hatay vilayətinin sərhədləri daxilində yerləşən Samandağ sahili 14 km uzunluğu ilə dünyanın ən uzun çimərlikləri sırasındadır. Türkiyənin ən uzun çimərliyi olan Samandağ çimərliyi həm də xalq çimərliyidir. Bu çimərlikdə dəniz müəyyən fəsillərdə kifayət qədər dalğalı olsa da, xüsusilə payızda sakitləşir.
SİA-nın əldə etdiyi məlumata görə, çimərliyə yaxın yerləşən Titus tuneli də görülməli yerlərdən biridir.
1-ci əsrdə Roma İmperiyası dövründə inşa edilən tunel insan əli ilə hazırlanmış ilk uzun tunel hesab olunur. Tamamilə dağa oyulmuş, uzunluğu 1380 metr, hündürlüyü 7 metr, eni 6 metr olan tunel dağlardan enən suyun limana təsir etməməsi üçün tikilib. Dəniz tərəfində tunelin girişinə yaxın ərazidə çoxlu qaya məzarı olan Beşikli mağarası və daha irəlidə əhəmiyyətli bir qədim liman şəhəri olan Seleucia Pieria var.
Samandağ sahili nəsli kəsilməkdə olan Chelonia Mydas və "Karreta-karrate (Caretta Caretta) dəniz tısbağalarının dünyada azsaylı kürü tökmə və çoxalma bölgələrindən biri kimi də əhəmiyyət.

Bütün xəbərlər Facebook səhifəmizdə