İnsanlarda zaman duyma hissi dəyişib

Alimlər insanların zaman duyğusunun yavaşladığını və bunun COVID-19 pandemiyası ilə bağlı olduğunu hesab edirlər.

Braziliyalı alimlərinin araşdırması göstərir ki, COVID-19 pandemiyası insanların zamanın gedişinin duyma tərzini dəyişib. Tədqiqat iştirakçılarının əksəriyyəti bildirib ki, zaman daha yavaş hərəkət etməyə başlayıb, alimlər də bunu "zamanın genişlənməsi" hissi adlandırıblar. “SciTechDaily” yazır ki, insanın demək olar ki, heç bir işi çatdıra bilmədiyi halda "zamanın təzyiqi" kimi bir anlayış praktiki olaraq yox olub.

Braziliyanın San-Paulu ştatındakı ABC Federal Universitetinin alimləri COVID-19 pandemiyasının pik vaxtında 5 ay ərzində onlayn sorğular vasitəsilə apardıqları tədqiqatın nəticələrini dərc ediblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ilkin olaraq 4 minə yaxın insan tədqiqatda iştirak etmək qərarına gəlsə də, tədqiqatın sonuna qədər alimlərin bütün suallarını yalnız 900 respondent cavablandırıb, onların da 75 faizi qadın olub.

“Nəticələr göstərib ki, özünü depressiyada və tənha hiss edən insanlar vaxtın əvvəlkindən daha yavaş keçdiyini hesab edirdilər. Lakin onlar çox stressli vəziyyətlərdə olanda vaxt onlar üçün daha sürətlə uçurdu”, - deyə ABC Federal Universitetindən Andre Kravo qeyd edib.

Məlumatlar göstərib ki, respondentlərin 65 faizi üçün vaxt daha yavaş keçməyə başlayıb, 75 faizi isə artıq vaxt çatışmazlığı hissinin olmadığını bildirib. Alimlər hesab edirlər ki, həyat ritminin özünün dəyişdiyi üçün pandemiya insanların zaman duyma hissinə təsir edib. Araşdırmanın nəticələri göstərib ki, gənclərdə zaman duyma hissi daha çox yavaşlayıb.

"Pandemiyanın iştirakçıların ümumilikdə zamana dair təsəvvürünü dəyişdiyinə baxmayaraq, o, onların qısa zaman müddətlərinin davamlılığını hiss etmək qabiliyyətinə təsir etməyib", - deyə Kravo vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...