ABŞ-da keçirilən sərgilərdən birində memar Renzo Reanonun layihəsi ilə tikilmiş mobil ev xüsusilə diqqəti cəlb edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qeyri-adi evin sahəsi 13,4 kvadratmetr olmaqla 26,9 metrədək artırıla bilər.

Yaşayış sahəsinin mərkəzi hissəsində hamam, mətbəx və yataq otağı yerləşir. Ölçülərinə baxmayaraq, mobil evi nəqliyyat vasitələri ilə istənilən yerə daşımaq mümkündür.

Mobil evin tikintisində istifadə edilən materiallar davamlılıq, möhkəmlik və əla keyfiyyəti ilə seçilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...