ABŞ-da lotoreyada 1,3 milyard dollar udulub

ABŞ-ın İllinoys ştatının sakini Mega Millions lotereyasında 1,28 milyard dollar udub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The New York Times” xəbər verir.

Qalibin adı məlum deyil, çünki ştat qanunları 250.000 dollardan çox pul qazanmış iştirakçılara adlarını və ünvanlarını gizli saxlamağa icazə verir. Qeyd olunur ki, bu, 1996-cı ildə lotereya yaradılandan bəri ikinci ən böyük uduşdur.

Cekpotu vuran amerikalı ya 29 il ərzində bütün məbləği ala, ya da dərhal cəmi 747 milyon dollar götürə biləcək. İkinci halda, vergi ödədikdən sonra onun əlində 457,5 milyon dollar olacaq.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Cənubi Karolina ştatının sakini lotereyada udmaq üçün televiziya şoularından birində gördüyü yoldan istifadə etmək qərarına gəlib və cekpotu vuraraq varlanıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə