Dünyanın ən böyük çəhrayı almazı tapılıb

Avstraliyanın “Lucapa Diamond” şirkəti Anqolanın şimal-şərqindəki Lulo mədənində son 300 ildə kəşf edilən ən böyük (170 karatlıq) çəhrayı almazı tapıb.

SİA TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Anqolanın Mineral Ehtiyatlar Naziri Diamantino Azevedo bildirib: “Lulodan tapılan bu möhtəşəm çəhrayı almaz Anqolanı dünya səhnəsində mühüm oyunçu kimi göstərəcək”.

Bildirilir ki, Anqola dövlətinə məxsus almaz ölkənin ticarət firması olan “Sodiam” tərəfindən keçiriləcək beynəlxalq tenderlə satışa çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə