Uşaqlara ad tapmaqla 30 min dollar qazandı

ABŞ-ın Nyu-York şəhərində yaşayan 33 yaşlı Taylor A. Hamfrey peşəsi və qazandığı pullarla hər kəsi heyrətləndirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, yeni doğulan körpələrə ad tapmaq prosesinin 1500 dollardan başladığını və 30 min dollara qədər yüksəldiyini açıqlayıb.

Məsləhətçi yeni adları necə tapdığını izah edərək, ilham almaq üçün filmlərdən tutmuş küçə nişanlarına qədər hər şeyi analiz etdiyini söyləyib.

O, həmçinin Sosial Müdafiə məlumat bazasından istifadə edərək tendensiyaları izlədiyini, təbii fəlakətlər və müəyyən markalar kimi şeylərlə bağlı mənfi təzahürlər səbəbindən kəskin azalma yaşayan adları qeyd etdiyini vurğulayıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə