...ABŞ prezidenti Donald Trampa bənzəyən bir qadın Permdəki avtobus dayanacağında görüntülənib.
SİA-nın məlumatına görə, video yerli sakin Yevgeni Sazin tərəfindən İnstaqramda yerləşdirilib (onun şirkəti Meta ekstremist hesab olunur və Rusiyada qadağan olunub-A.B.). Video bu sözlərlə başlayır: “Donald Trampla Permdə görüşmək şansı çox azdır, amma heç vaxt sıfıra bərabər deyil.”
Videoda müəllif avtobus dayanacağında əlində "Permin 300 ili" yazısı olan bir qadına yaxınlaşır və amerikalı siyasətçiyə bənzərliyi görüb-görmədiyini soruşur. “Əminəm ki,” -deyə cavab verir.
Müəllif daha sonra Tramp haqqında “qadın formasında” danışdığını izah edir.
Daha sonra qadın qollarını açır və ABŞ prezidenti kimi onun da saçlarının ağardığını qeyd edir.
...O, şirindir, sən də,- deyə müəllif qeyd edir.
24 saatdan az müddətdə video 3 milyondan çox izlənilib və çoxsaylı şərhlər alınıb.
Yeri gəlmişkən, bu ilin fevral ayında amerikalı aktyor Alek Bolduin Donald Tramp kimi geyinmiş komediyaçı Ceyson Skupa sərt reaksiya verib. Skup aktyoru sosial media hesabları üçün məzmun paylaşmağa məcbur etməyə çalışıb. Bir vaxtlar SNL-də amerikalı siyasətçinin təqlidi ilə məşğul olan Bolduin həmin vaxt Nyu-Yorkdakı evinin qarşısında SUV-dən baqaj boşaldırdı.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB