“Əl-Cəzirə”də canlı yayım zamanı siçovul masanın üstündən qaçıb...

Aparıcının təkrarolunmaz reaksiyasını kameralar lentə alıb...

...Qətərin “Əl-Cəzirə” telekanalında canlı yayım zamanı bir jurnalist stolunun üstündə nəhəng siçovulun fırlandığını görərək çaşıb.

SİA-nın məlumatına görə, hadisə telekanalın Londondakı baş qərargahında baş verib.

Gəmirici cəmi bir neçə saniyə kamera qarşısına keçsə də, onun qısa görünüşü aparıcını sarsıdıb.

O, masadan qaçıb, sonra kadra qayıdıb, soyuqqanlılığını qorumağa və verilişi davam etdirməyə çalışıb.

Hadisə dərhal sosial şəbəkələrdə yayılıb və istifadəçilərin qızğın reaksiyasına səbəb olub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə