Pişik düşmən dronlarının hücumu barədə xəbərdarlıq edir...

…Belqorod vilayətinin sərhədyanı Berezovka kəndində Ukrayna pilotsuz təyyarələrinin yaxınlaşması ilə bağlı qeyri-adi “siqnal verib” yerli sakinləri xəbərdar etməyi öyrənən Mişka adlı pişik peyda olub.

SİA rus saytlarına istinadən xəbər verir ki, “Marines DV” Telegram kanalının verdiyi məlumata görə, heyvan bir neçə həftədir ki, sahibinin ailəsinə mümkün hücumlardan vaxtında qorunmağa kömək edir.

Deməli, sahibinin sözlərinə görə, Mişka günün çox hissəsini hündür ağacdan səmanı seyr etməklə keçirir. Pişik havada dron görən kimi dərhal aşağı enir və evə qaçır, yüksək səslə miyoldayır və bununla da həyəcan siqnalı verir.

…O, bizim üçün əsl canlı həyəcan siqnalıdır, -deyə qadın qeyd edir.

Deyilənlərə görə, Berezovka kəndi Ukrayna sərhədindən cəmi 40 kilometr aralıda yerləşir və mütəmadi olaraq top atəşinə, eləcə də pilotsuz təyyarələrin hücumlarına məruz qalır. Yerli sakinlər artıq daimi təhlükəyə öyrəşiblər, lakin dördayaqlı “mühafizəçi”nin köməyi onlar üçün gözlənilməz, lakin çox dəyərli yardıma çevrilib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə