...İstintaq zamanı məlum olub ki, şübhəli şəxs normal həyat tərzi keçirir və xüsusi yardıma ehtiyac duymur.
Hazırda cütlük dövlət vəsaiti əldə etmək məqsədi ilə dələduzluqda şübhəli bilinərək istintaqa cəlb olunublar. İtalyan özünü kor kimi göstərərək 20 il ərzində 120 min avrodan çox əlillik pensiyası alıb.
SİA-nın əldə etdiyi məlumata görə, İtaliyanın Neapol sakini iki onillik ərzində özünü tamamilə kor kimi göstərərək təkcə ətrafındakıları deyil, həkimləri də hiyləgərcəsinə aldadıb.
Kişi ipotekanı ödəməyə imkan verən mənfəət üçün dələduzluq edib.
Buildirilir ki, 20 il ərzində saxta diaqnoz sayəsində italyan və onun həyat yoldaşı əlillik pensiyası şəklində 120 min avrodan çox pul ala biliblər.
Dələduzluq Torre Annunziata maliyyə polisi tərəfindən aşkar edilib. İstintaqın məlumatına görə, kişi yalnız gözdən əlil olub, lakin 2004-cü ildən başlayaraq o, tamamilə kor əlillər üçün nəzərdə tutulan pensiya alıb.
Bütün bu illər ərzində qeyri-qanuni yolla əldə edilmiş vəsaitlər onun həyat yoldaşının adına verilmiş ev ipotekasının ödənilməsinə sərf edilib.
İstintaq zamanı məlum olub ki, şübhəli şəxs normal həyat tərzi keçirir və xüsusi yardıma ehtiyac duymur.
Maliyyəçilər tərəfindən aparılan videoyazılarda onun müstəqil şəkildə yolları keçdiyi və alış-veriş apardığı, açarı ilə qapıları açdığı görünür.
Hazırda cütlük dövlət vəsaiti əldə etmək məqsədi ilə dələduzluqda şübhəli bilinərək istintaqa cəlb olunublar.
...Və bu arada Məhkəmə saxta sənədlərlə əlilliyə görə təqaüd alan Volqoqrad sakinindən bir milyon rubldan çox pul alıb. ...Və bir də, Ryazan bankları fırıldaqçılara pul köçürən imkansız adama kredit verib.
Belə görünür ki, dələduzlar təkcə İtaliyada deyilmiş..?
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə