Peterburqlu qadın 25 min rubla ərə gedib...

...Şimal paytaxtının sakini əlavə pul qazanmaq qərarına gəlib və qondarma ailə qurub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “ər” ona pasportundakı möhür üçün 25 min rubl ödəyib.

Daha bir uydurma nikahı isə Kirov Rayon Prokurorluğu üzə çıxarıb. Yoxlama zamanı müəyyən edilib ki, 33 yaşlı Sankt-Peterburqlu qadın və qonşu ölkələrdən gələn qonaq 2023-cü il noyabrın 27-də ailə qurublar və həmin andan birlikdə yaşamırlar.

Məlum olub ki, miqrant Rusiya Federasiyasında müvəqqəti yaşamaq icazəsi almaq ümidi ilə Sankt-Peterburq sakininə evlənmək üçün pul ödəyib. Sankt-Peterburq prokurorluğunun mətbuat xidmətinin verdiyi məlumata görə, yoxlamanın nəticələrinə əsasən, sözügedən nikahın etibarsız sayılması üçün məhkəməyə iddia qaldırılıb. Nəzarət orqanı əlavə edib ki, hazırda ərizəyə baxılır.

Daha əvvəl bildirilmişdi ki, Sankt-Peterburqlu bir qadın miqrant üçün 30 min rubla qondarma atalıq rəsmiləşdirib.

Xatırladaq ki, Sankt-Peterburqda 2025-ci ildən başlayaraq miqrantlar üçün iş icazəsinin qiyməti artacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə