Cinsi həyatın olmaması qadına necə təsir edir?

Məşhur Meyo klinikasının (ABŞ) alimləri sübut edir ki, cinsi həyatın olmaması qadının həm psixiki, həm də fiziki sağlamlığına mənfi təsi edir. SİA xəbər verir ki, belə ki, qadınlarda streslərə olan davamlılıq azalır, qadın daha əsəbi, hövsələsiz, qıcıqlı olur. Məsələ burasındadır ki, cinsi əlaqə zamanı qanda "xoşbəxtlik hormonu" sayılan endorfinin ifrazı artır. Endorfin streslə mübarizə etməyə kömək edir.

Həmçinin alimlərin fikrinə görə, cinsi həyatın uzun müddət ərzində olmaması qadının immun sistemini də zəiflədir. Bu da cinsi əlaqə zamanı immun sisteminə təsir edən müəyyən hormonların ifrazının artması ilə izah olunur.

Mütəxəssislər sübut edir ki, cinsi həyatın olmaması qadınlarda çəkinin artmasına, yaddaşın zəifləməsinə səbəb olur. Cinsi əlaqə zamanı beyinin yaddaş və yeni neyron əlaqələrinin yaranmasına cavabdeh olan "hipokamp" adlı hisəsinin aktivliyi artır.

Bütün xəbərlər Facebook səhifəmizdə