Məşhur tısbağaya ad günü keçirilir

Britaniyanın Müqəddəs Yelena adasında 2 gündür məşhur tısbağaya ad günü keçirilir. SİA xəbər verir ki, 190 yaşlı tısbağa üçün adanın sakinləri bolluca meyvə və göyərti gətiriblər. Conatan adlı tısbağa adaya gətirildiyi 1882-ci ildən indiyədək qubernatorun bağında yaşayır. Həmin tarixdə onun 50 yaşı olduğu ehtimal edilirdi. Heyvan artıq ünyanın ən yaşlı canlıslı kimi Ginnesin rekordlar kitabına düşüb.

Heyvanın gözü görmür, dadbilməsi yoxdur, lakin çox güclü hissiyyata malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə