Ötən gün “Spartak” və Rusiya millisinin keçmiş hücumçusu Denis Qluşakovun keçmiş arvadı Moskvanın mərkəzində döyülüb,

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Dariya Qluşakovanı yeni sevgilisi, moskvalı vəkil qısqanclıq zəmnində döyüb.

Deyilənlərə görə, hadisə noyabrın 23-də paytaxtın mərkəzi rayonunda, “Lotte Plaza” otelində baş verib. Belə ki, Dariyanın gənc bir oğlanla otelə getdiyini eşidən qısqanc vəkil yubanmadan otelə gəlib.

Hadisə şahidlərinin dediyinə görə, Dariya Qluşakova başından zərbə alıb və nəticədə xəstəxanalıq olub. Həkimlər ona beyin silkələnməsi diaqnozu qoyublar. İndi Daria evdə müalicə alır.

Qeyd edək ki, Denis və Dariya 2009-cu ildə evlənmişdilər. 2011 və 2016-cı illərdə cütlüyün iki övladı olub. Və 2018-ci ildə Denis və Dariya boşanıb.

Qeyd edək ki, Qluşakov 2020-ci ildə “Axmat”dan ayrılaraq “Ximki”də oynayır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə