İndoneziyanın məşhur Bali adası ziyarətçilərinə dünyanın ən bahalı qəhvəsini dadmaq fürsəti təqdim edir. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata, "Misk" pişiyinin mədəsində qıcqırdılan qəhvə dənələrindən əldə edilən “Luwak kofesi” min dollara qədər alıcı tapır. İndoneziyada Luwak və ya Musang olaraq da adlandırılan misk pişiyinin mədəsində həzm olunmayan və mayalanmayan paxladan alınan qəhvə ənənəvi qəhvə növlərindən daha az kofein ehtiva edir. "Luwak" qəhvəsi istehsalı üçün misk pişikləri adətən arabica və ya robusta qəhvə ağacının meyvələri ilə qidalanır.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə