Mauna Loadakı lava axınının havadan görünüşü

ABŞ-ın Havay ştatında yerləşən, dünyanın ən böyük aktiv vulkanı olan Mauna Loanın lava axınının havadan görünüşü yayımlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Mauna Loa vulkanı 38 il sonra püskürüb. Vulkandakı lava axınının görüntüləri müxtəlif bucaqlardan lentə alınıb. ABŞ Geoloji Xidməti ada sakinlərinə xəbərdarlıq edib ki, dünyanın ən böyük aktiv vulkanının püskürməsi çox dinamik ola bilər və axının istiqaməti və sürəti dəyişə bilər.

Havay Vulkan Rəsədxanasından Ken Hon bildirib ki, 38 il sonra baş verən böyük püskürmədən sonra təkrar təkanlar olub.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə