Yaşıl mərcinin faydaları BƏLLİ OLDU

1. Xolesterinin səviyyəsini salır: Yaşıl mərci, yüksək səviyyədə deqradasiya lifi ehtiva etməsi səbəbilə qandakı pis xolesterini azaltmağa köməkçi olur. Xolesterini səviyyələrinin sağlam ölçülərdə azaldılması sayəsində arteriyaları təmiz tutaraq ürək xəstəliyi və iflic riskini də azaldır.

2. Ürək sağlamlığını dəstəkləyir: Müxtəlif araşdırmalar mərci kimi yüksək lifli qidaları yeməyin ürək xəstəliyi riskini azaltdığını göstərmişdir. Mərci eyni zamanda ürək sağlamlığı üçün böyük əhəmiyyəti olan folat və maqnezium baxımından da yaxşı bir mənbədir.

3. Enerji verir: Yaşıl mərci sahib olduğu lif və karbohidratlar səbəbindən enerjini daim artırır. Mərci orqanizmə oksigen köçürmə, enerji istehsalı və metabolizmi sürətləndirmək kimi funksiyalar üçün lazım olan dəmir baxımından, olduqca yaxşı bir mənbədir.

4. Xərçənglə mübarizə aparır: Yaşıl mərci istehlakı bəzi xərçəng növləri ilə mübarizə etmək üçün yardımçı olur. Mərci, xərçənglə mübarizə aparan lektin birləşmələri baxımından zəngindir. Lektinlər, tipik olaraq mərci, buğda, yaşıl noxud və soya bitkisində olurlar. Lektinlər, bədəndəki xərçəng hüceyrələrinin böyüməsini əngəlləyirlər.

5. Sinir sisteminə yaxşı təsir göstərir: Beyinin düzgün işləməsi üçün vitaminlər və minerallar kimi əsas qidalar olduqca lazımlıdır. Yaşıl mərci isə beynin yaxşı işləməsi üçün lazım olan əsas vitamin və mineralları beyini təmin edir. Bu isə, sağlam sinir sistemi üçün şərait yaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə