Bəzi yarasalar "death metal" ifaçılarına oxşar səslər çıxarır

Danimarkada aparılan araşdırma nəticəsində məlum olub ki, bəzi yarasalar ağır metal musiqisinin alt janrı olan “death metal” ifaçılarının səslərinə oxşar səslər çıxarır. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Danimarka Universitetinin tədqiqatçıları Avropa və Asiyada tapılan “Daubenton” yarasasının səs çıxarma texnikasını tədqiq ediblər. Araşdırmada "Daubenton" yarasasının qırtlaq və orqanlarındakı hava axınının tədqiqi nəticəsində "death metal" ifaçılarının çıxardığı səslərə bənzər səslər çıxardığı müəyyən edilib. Bəzi yarasaların səs diapazonunu genişləndirmək üçün qırtlaqdakı fərqli strukturlara diqqət yetirdiyinə diqqət çəkilmiş, yarasaların istiqamətlərini və ovlarının yerini təyin etmək üçün yeddi oktava səs diapazonundan istifadə etdikləri ortaya çıxmışdır.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə