Siqnal itkisinin səbəbi NASA tərəfindən araşdırılır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) noyabrın 16-da "Artemis" missiyası ilə orbitə buraxılan “Orion” kapsulu ilə əlaqəni bərpa ediblər.

NASA kosmosdan Yerə məlumat göndərmək üçün istifadə edilən "Dərin kosmos şəbəkəsi" ilə “Orion” kapsulu arasında aparılan yenidənqurma prosesi zamanı kapsulla əlaqənin kəsildiyini, 47 dəqiqədən problemin aradan qaldırıldığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, siqnal itkisinin səbəbi NASA tərəfindən araşdırılır.

Qeyd edilir ki, noyabrın 21-də “Orion” Ayın orbitində səthinə yaxın 128 kilometr yaxınlaşıb.

"Orion" kapsulunun Ay ətrafında təxminən bir həftə dövr etməsi, sonra Yerə qayıtması və dekabrın 11-də Sakit Okeana endirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə