Rəqəmsal dövrdə virtual dünya dili

Rəqəmsal dövrdə uşaq böyüdən valideynlər bu sözləri necə öyrənməlidir?

Ailələrə rəqəmsal konsepsiyaların mənimsənilməsinin töhfələri nələrdir? SİA bu barədə Türkiyə saytlarına istinad edir.

“Loot” sözü rəqəmsal oyunlarda qənimət ələ keçirmək, ‘‘Level kasmak’’ oyunlarda səviyyəni yüksəltmək, DM-dən mesaj göndərmək isә şәxsi mesaj göndәrmәk mәnasına gәlir. Bunlar rəqəmsal aləmdə istifadə edilən sözlərdir.

Bəs valideynlər övladlarının istifadə etdiyi bu sözlərin neçəsini bilir? Rəqəmsal dövrdə uşaq böyüdən valideynlər bu sözləri necə öyrənməlidir?

İnternetdәn istifadә hәr ötәn gün daha da yayğınlaşır. Bu, yeni ünsiyyәt dilinin yaranmasına sәbәb olur, ‘‘Loot’’ edirlәr, ‘‘Level kasıyorlar’’, DM-dәn mesaj göndәrirlәr kimi.

Rәqәmsal dövrdә virtual dünyanın dilindәn yeni nəslin istifadə etdiyi terminlər valideynlər üçün qəribə və anlaşılmaz olur. Bu sözlər valideynlərə ünvanlananda “O söz mənə yaddır, eşitməmişəm”, “O sözü birinci dəfədir eşidirəm” kimi cavablar verirlər. Böyüklərlə gənc nəsil arasında yaş fərqi nə qədər çox olursa, virtual aləmdə istifadə olunan dildən bir o qədər uzaq olurlar. Bəzi valideynlər övladlarının virtual aləmdə istifadə etdikləri internet saytları ilə də tanış deyillər. Hətta ''Facebook'', ''İnstagram'', ''Twitter''i bilmədiyini söyləyən valideynlər də var.

Valideynlərə övladlarının virtual aləmdəki davranışlarına nəzarət etmək üçün onların istifadə etdiyi dili mənimsəmələri tövsiyə olunur.

Türkiyə Sosial Media və Rəqəmsal Təhlükəsizlik Təhsili Araşdırma Mərkəzi (SODİMER) sədrinin müavini Levent Emmungil ailələrə deyir: "Rəqəmsal dövrdә uşaqların istifadə etdiyi dili onlardan öyrənə bilərik. Bu dili onlarla birlikdə öyrənmək onlara dəyər verdiyimizi və onlarla birlikdə olduğumuzu hiss etdirir. Bəs övladların istifadə etdiyi terminlər ailәlәrә nə verir? Vacib olan məsələ budur: uşaqları, gəncləri öz dünyalarından qoparmamaq üçün onların internet dilini də öyrənməli və nədən necə istifadə etdiklərini bilməliyik. Bu ünsiyyət şəkli ailə bağlarını daha da gücləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə