Yekaterinburqda işgüzar səfərdə olan Rusiyanın səhiyyə naziri Mixail Muraşko, Rusiyada doğuş göstəricilərini yaxşılaşdırmaq və artırmaq üçün qadınların uşaq dünyaya gətirmək istəməsinin lazım olduğunu bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiyanın səhiyyə naziri az qala hökümlü şəkildə “qadın ilk növbədə dünyaya uşaq gətirmək istəməlidir. Əgər hər hansı bir qadın bunu istəsə, deməli hər şey olacaq”-deyə bildirib.
Qeyd edək ki, o, bunu yerli jurnalistlərdən birinin sualını cavablandırarkən deyib.
Jurnalist isə nazirin diqqətinə təkcə Sverdlovsk vilayətində hər beşinci cütlüyün sonsuzluq problemi ilə üzləşdiyini deyib. Sən demə, nazirin cavabı da lap əlinin içindəymiş...qadın istəsə..?
Yeri gəlmişkən, Rusiya Federasiyası səhiyyə nazirinin Yekaterinburq şəhərindəki görüşü elə səmimi alınıb ki, onu “Yekatskoye Fiction” Telegram kanalı da çəkərək yayımlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB