Moskvanın şimal-qərbində yerləşən “Çkalov Arena” idman kompleksində “Əmək Ehtiyatları” həvəskar xokkey liqasının oyunu zamanı xokkeyçilərdən biri hakimi dəyənəklə (dəyənək deyəndə ki, əlində gəzdirdiyi klyuşka-A.B.) vurub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisədən dərhal sonra döyülən hakim dəyənək (klyuşka), dəyən yerini tuta-tuta ifadə vermək üçün polisə gedib.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidməti onlara paytaxtın şimal-qərbində yerləşən idman kompleksində bədən xəsarəti yetirilməsi barədə məlumat daxil olduğunu bildirib. “Faktla bağlı araşdırma aparılır”, - deyə baş idarədən bildirilib.
O da bildirilir ki, həmən gün idman kompleksində “Leopards” və “Revol Ice” komandaları arasında oyun keçirilmiş. Hadisə də məhz həmən oyun zamanı baş verib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB