Nazir müavini özü haqqında araşdırılma aparılmasını tələb edib

Böyük Britaniya baş nazirinin müavini və ədliyyə katibi Dominik Raab özü haqqında araşdırılma aparılmasını istəyib.

D.Raab Baş nazir Rişi Sunaka məktub yazaraq iki şikayətə görə özü haqqında araşdırma tələb edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, şikayətlərin müstəqil araşdırılmasını xahiş edib.

Biri xarici işlər naziri, digəri isə Boris Consonun ədliyyə katibi olduğu dövrlə bağlı olan şikayətlərə səbəb isə Raabın işçilərə pomidor atması və onlara qarşı kobudluq etməsi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə