Türkiyənin Batman rayonunun Hasankeyf qəsəbəsindəki tarixi Hasankeyf qalasında aparılan arxeoloji qazıntılar zamanı Artuqlular dövründən qalma 800 il yaşlı su şəbəkəsi aşkarlanıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Mardindəki Artuklu Universitetinin Ədəbiyyat fakültəsinin İncəsənət Tarixi kafedrasının dosenti Zekai Erdalın başçılığı ilə arxeoloji elmi qrup tərəfindən aparılan qazıntı işlərində uzunluğu 6,5 kilometr olduğu düşünülən su şəbəkəsinin 2 kilometri ortaya çıxarılıb.
Torpağın topoqrafik quruluşuna görə müəyyən edilib ki, su şəbəkəsinin içməli suyu aşağıdan Həsənkeyf qalasına aparan hissəsi qayaların oyularaq tünel qazılması, bir hissəsi isə yerin üstündə su kanalı şəklində tikilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB