Ümummilli Liderin anadan olmasının ildönümü Serbiyada qeyd edilib
Azərbaycan Serbiyadakı səfirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Belqradda tədbir keçirib.
SİA xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, Belqradda fəaliyyət göstərən Azərbaycan-Serbiya dostluq cəmiyyətinin və “AzVirt” şirkətinin nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Belqrad şəhərindəki “Taşmaydan” parkında Ümummilli Liderin abidəsini ziyarət edərək əziz xatirəsini ehtiramla yad edib, abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər.
Ötən il Belqradda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 100 çinar ağacı əkilmiş “Dostluq parkı”, həmçinin Ümummilli Liderin Azərbaycanın Serbiyadakı səfirliyinin həyətindəki büstü də ziyarət olunub.
Tədbirdə çıxış edən səfir Kamil Xasiyev görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı, fəaliyyəti, Azərbaycanın müstəqilliyinin xilasında, möhkəmləndirilməsində, sabitliyin bərqərar olunmasında xidmətlərindən və dövlət quruculuğu istiqamətində islahatların əsasını qoymasından bəhs edib.
Bütün xəbərlər Facebook səhifəmizdə