Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb
Mayın 10-da Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən səfir Tahir Tağızadə dahi şəxsiyyətin Azərbaycanın dövlətçiliyi tarixində əvəzsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində tarixi rolundan danışıb. O, Ümummilli Liderin yürütdüyü uzaqgörən və məqsədyönlü siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirildiyini, torpaqlarımızın erməni işğalından azad edilməsinin bunun bariz nəticəsi olduğunu vurğulayıb. Səfir Ulu Öndərin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu idman siyasətindən söhbət açıb, beynəlxalq idman yarışında iştirak etmək məqsədilə Almaniyaya yola düşəcək gənc idmançılarımıza uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə