İçərişəhərdə “Heydər Əliyev və Azərbaycan” adlı sərgi açılıb

Dekabrın 22-də Xalq rəssamı Tahir Salahovun ev-muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan” adlı sərginin açılışı olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin 30-dan artıq rəsm əsəri nümayiş olunur.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təşkil olunan sərgi Tahir Salahovun ev-muzeyində dekabrın 29-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə