Moldovada Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Azərbaycanın Moldovadakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndərin səfirlikdəki büstü önünə gül dəstəsi qoyulub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə səfirliyin əməkdaşları, Moldovadakı Azərbaycanlılar Konqresinin (MAK) üzvləri, Kişineu şəhərində yaşayan həmvətənlərimiz, eləcə də burada təhsil alan tələbələr iştirak ediblər.

MAK-ın sədri Elçin Bayramov çıxış edərək, dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyevin Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynadığını bildirib. Diplomat səfirliyə toplaşan soydaşlarımızın azərbaycançılıq ideologiyası sayəsində milli-mənəvi, vətənpərvərlik dəyərlərini yaşadaraq gənc nəsillərə ötürdüyünü qeyd edib.

Tədbirdə diasporun aktiv üzvü, şair Yasin Seyidov müstəqil Azərbaycan dövlətinin banisi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il ötməsinə baxmayaraq, xalqımızın Ulu Öndərin misilsiz xidmətlərini hər an yüksək qiymətləndirdiyi, həmçinin onun əziz xatirəsini uca tutduğu və minnətdarlıqla andığını bildirib.

Daha sonra Azərbaycanın Moldovadakı səfirliyinin diplomatı İlqar Fərəcov çıxışında, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, hakimiyyətinin birinci və ikinci dövründə gördüyü işlərdən, həmçinin misilsiz xidmətlərindən bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə