Cənub bölgəsində Ulu Öndərin xatirəsi dərin ehtiramla anılıb

Azərbaycan xalqının Ümummilli Lideri, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşmasının 20-ci ildönümü ilə bağlı xatirəsi respublikamızın hər yerində olduğu kimi, cənub bölgəsində də dərin hörmətlə anılıb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəlilabad rayonlarında anım tədbirləri keçirilib.

Anım tədbirlərində rayonların rəhbər şəxsləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə