"Azərbaycanın suverenliyinin bərpası xalqımızın tarixində əvəzolunmaz səhifələrdən biridir" - NAZİR BİLDİRDİ

"Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi, müstəqilliyinin, suverenliyinin bərpa edilməsi xalqımızın tarixində şanlı səhifə kimi qalacaq". SİA xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçirilən “Heydər Əliyev və yeni Azərbaycan” mövzusunda konfransda deyib.

"Bu il ərzində Azərbaycanın təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu il, həmçinin geniş anlamda Azərbaycan tarixinə yenidən baxış, Ulu Öndərin gəldiyi yol, onun ideyalarının davam etdirilməsi barədə fikir mübadilələri aparılır”,- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə