Ulu Öndərlə bağlı yeni kitab işıq üzü görüb

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevlə bağlı yeni kitab işıq üzü görüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Respublika Veteranlar Təşkilatından bildiriblər ki, “Xalqa mənsub olan həyat” adlı kitabın müəllifi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov, redaktoru jurnalist-tarixçi Seymur Əliyevdir.

Kitabda Ulu Öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin təhlükəsizliyi istiqamətində yürütdüyü siyasət, bu siyasətin nəticələri hərtərəfli təhlil olunub, ətraflı şəkildə araşdırılıb.

Nəşrdə Ümummilli Liderin siyasi kursunu müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın xilası və bunun tarixi-siyasi əhəmiyyəti ilə bağlı da qiymətli fikirlər yer alıb.

Qeyd edək ki, yaxın günlərdə media nümayəndələri və ölkə ziyalılarının iştirakı ilə kitabın təqdimatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə